Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:39

Erdogan Kobanidə kürd döyüşçülərinə havadan sursat atılmasını səhv adlandırır


Havadan atılan sursatın bir hissəsinin İD yaraqlılarına keçdiyini iddia edən video
Havadan atılan sursatın bir hissəsinin İD yaraqlılarına keçdiyini iddia edən video

Türkiyə prezidenti Erdogan deyib ki, ABŞ-ın təyyarələrlə kürd döyüşçülərinə havadan hərbi sursat atmağı düzgün deyildi. Çünki bu sursatın bir hissəsi İslam Dövləti yaraqlılarının əlinə keçdi.

Pentaqon çərşənbə axşamı bildirdi ki, bazar günü təyyarələrlə atılan sursatın çox hissəsi kürd döyüşçülərinə çatıb, baxmayaraq ki, internetə qoyulan videoda bunun İslam Dövləti yaraqlıarının əlinə keçdiyi göstərilir.

Erdogan isə deyib ki, bu, səhvdir, ona görə ki, bəzi sursat İD yaraqlılarına çatıb.

Erdogan bunu oktyabrın 22-də Ankarada deyib.

Jurnalistlər Erdogandan İraq kürdlərinin Türkiyə ərazisi vasitəsilə Kobaniyə getməsinə imkan verilməsi planı barədə soruşublar. Erdogan deyib ki, o bu təklifi Obama ilə həftə sonu telefon danışığında verib.

Ancaq Erdogan əlavə edib: “Mənim üçün bunu başa düşmək çətindir ki, Kobani niyə onlar üçün belə vacib strateji məntəqəyə çevrilib? Axı orda mülki əhali yoxdur? Təxminən 2 min döyüşçü var.”

Erdogan daha sonra deyib: “ Onlar əvvəlcə kürd peşmərgələrinə “hə” demədilər, sonra qismən razılıq verdilər və biz də dedik ki, yardım edə bilərik”.

XS
SM
MD
LG