Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:03

New York Times qəzetində Azərbaycanda insan haqlarının vəziyyəti barədə məqalə çıxıb


Günay İsmayılova və Samir Kazımlı New York Times qəzetində yazırlar ki, onlar Azərbaycandan olan insan haqları müdafiəçiləri kimi Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin sürətlə pisləşməyini bildirirlər.

Azərbaycanda rejim insan haqlarına daha dözümsüz olur. Azərbaycan insan haqları olmayan ölkəyə çevrilir.

Müəlliflər Azərbaycanda son vaxtlar insan haqları müdafiəçilərinin, ictimai faəlların, jurnalistlərin həbslərini xatırladaraq yazırlar ki, belə vəziyyətdə Avropa Şurası Bakıda insan haqları konvensiyasının tətbiqi üzrə konfrans keçirir. Konfransa Avropa İnsan haqları məhkəməsinin sədri Dean Spielman da gəlməlidir.

Müəlliflər yazırlar ki, bu, gülməlidir, əgər faciəvi olmasaydı.

Onlar hesab edirlər ki, konfrans üçün Azərbaycanın seçilməsi əlifba sırası ilə ola bilər. Başqa izah tapmaq mümkün deyil.

Müəlliflər yazırlar ki, Azərbaycan hakimiyyəti qanundan tənqidçiləri susdurmaq üçün siyasi vasitə kimi istifadə edir. Neft gəlirləri ilə idarə olunan bir çox ölkələr kimi Azərbaycan hakimiyyəti də qanunun alililiyində maraqlı deyil. Çünki bu, hakimiyyətdən yıxılmağı qaçılmaz edir.

XS
SM
MD
LG