Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:33

Kanada parlamentinin binasında polislə atışmada naməlum silahlı öldürülüb


Kanada parlamentinin binası.
Kanada parlamentinin binası.

Kanadanın Ottava şəhərindəki Milli Müharibə Abidəsi yaxınlığında naməlum şəxs tərəfindən əsgərə atəş açılıb.

Əsgərə hazırda hadisə yerində tibbi yardım göstərilir.

Şahidlər CBC News agentliyinə bildiriblər ki, atəş açan şəxsin əlində uzun tüfəng olub.

Abidənin bilavasitə yaxınlığında yerləşən Kanada parlamentinin binası bağlanıb.

Az əvvəl CBC kanalı parlamentin içərisində atəş səslərini eşidildiyi videogörüntü yayınlayıb.

Bəzi məlumatlarda basqın edənlərin bir nəfərdən artıq olduğu söylənir.

Parlament binasının içərisində atəş açan naməlum şəxsin odlu silahla öldürüldüyü bildirilir.

Polis bildirib ki, şübhəli şəxsə məxsus avtomobil müəyyənləşdirilib.

Kanadanın baş naziri Stephen Harper təcili olaraq təhlükəsiz yerə evakuasiya edilib.

“Globe and Mail”-in müxbirlərindən biri xəbər verir ki, parlamentin içərisində onlarca güllə atan şəxs üzünü Yaxın Şərqdə olduğu kimi şərflə bağlayıbmış.

Ən son xəbərlərdə Kanadanın hərbi bazalarının ictimaiyyət üçün bağlandığı bildirlib.

XS
SM
MD
LG