Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:33

“Bu günki Washington Post qəzetinin memarı və qurucusu” Ben Bradly 93 yaşında vəfat edib. Bunu Washington Post qəzeti yazıb. Bradlee haqqında CNN deyib ki, onun həyatı "həqiqətə həsr olunmuş həyat" idi.

Onun əqidəsi belə idi ki, bütün jurnalistləri həqiqəti deməlidir və bu zaman həqiqəti demək standartalarına riayət etməlidir. 1965-ci ildən 1991-ci ilə kimi redaktor olan Bradly həmişə jurnalistləri yenilik axtarmağa sövq edirdi.

Bradly deyirdi ki, jurnalist yalan detektorudur.

Bradlee-nin başçılıq etdiyi Washington Post qəzeti Watergate qalmaqalını işıqlandırmasına görə Pulitzer mükafatı aldı, o vaxtki ABŞ prezidenti Richard Nixon isə 1974-cü ildə prezidentlikdən getməyə məcbur oldu.

1972-ci ildə isə Bradlee-nin başçılığı ilə Washington Post qəzeti New York Times qəzeti ilə birlikdıə Pentaqon sənədlərinə əsaslanan yazıları dərc etməyə başladı.

Bu sənədlər Vyetnam müharibəsinə aid idi və Bradlee-yə hökumətdən güclü təzyiq var idi.

Bradlee-nin bir prezidentlə yaxın münasibətləri olub, bu da Kennedy idi. Bradlee gəncliyində Newsweek jurnalında müxbir olanda onun yaşadığı ev Kennedy-nin evinin qonşuluğunda olub. Onların münasibətləri də o vaxtdan yaranmışdı.

1975-ci ildə o, “Kennedy ilə söhbətlər” adında kitab yazdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG