Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:22

-

Ziyalılar Birliyinin sədri, Milli Şuranın koordinasiya şurasının üzvü Eldəniz Quliyevin məhkəməsi təxirə salınıb.

Oktyabrın 22-də hökm oxunması gözlənilsə də, Eldəniz Quliyevin vəkili Elçin Sadıxov iştirak etmədiyindən hakim məhkəməni təxirə salıb.

Eldəniz Quliyev AzadlıqRadiosuna müsahibəsində prosesin qurama xarakter daşıdığını və Milli Şuranı sarsıtmağa yönəldiyini bildirib:

«Mən hakimiyyət üçün məqsəd deyiləm, vasitəyəm. Eldəniz Quliyevi susdurmaq bir çoxları üçün «Damokl qılıncı» (red: əhəmiyyətli mövqelərə yönəlmiş təhdidlər) mesajıdır».

Məhkəmə oktyabrın 29-da davam edəcək.

Daxili işlər naziri Ramil Usubov Eldəniz Quliyevi məhkəməyə verib. Qaldırılan iddiada Eldəniz Quliyevin təhqir və böhtan maddələri ilə məsuliyyətə cəlb olunması istənilir. Bundan əvvəlki məhkəmədə çıxış edən Ramil Usubovun vəkili hakimdən Eldəniz Quliyevin 1 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarmasını istəyib.

Eldəniz Quliyev ittihamları qəbul etmir və bunu siyasi fəaliyyəti ilə bağlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG