Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:08

Məhkəmə məhbuslara işgəncəyə görə keçmiş naziri həbsə məhkum etdi


Bacho Akhalaia

Bacho Akhalaia

Gürcüstan məhkəməsi keçmiş müdafiə naziri Bacho Akhalaianı 7 il yarım həbsə məhkum edib. O, 2006-cı ildə məhbuslara işgəncə verməkdə günahkar bilinib.

Tbilisi məhkəməsi Daxili İşlər nazirliyinin keçmiş yüksək vəzifəli şəxsləri Giorgi Mazmishvili, Levan və Megis Kardava qardaşlarını da müxtəlif həbs cəzalarına məhkum edib.

Levan Kardava və Mazmishvili həbsdən qaçmaq planı olduğu güman edilən 3 məhbusu öldürməkdə günahkar biliniblər və 11 il həbs cəzası alıblar.

Həmin vaxt Gürcüstanın Penintensiar Xidmətinin rəisi olan Akhalaia Megis Kardava ilə birlikdə həbsdən qaçmaq istədikləri güman olunan məhbusların qohumlarına işgəncə veriblər.

34 yaşlı Akhalaia hazırda həbsxanadadır və digər cinayətlərlə bağlı həbs cəzasını çəkir.

Akhalaia ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG