Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:45

Mike Tyson Rusiya Yazıçılar Birliyinin üzvü olur


Mike Tyson və Ramzan Kadyrov, Gudermes, 2005-ci il
Mike Tyson və Ramzan Kadyrov, Gudermes, 2005-ci il

Peşəkarlar arasında boks üzrə keçmiş dünya çempionu Mike Tyson oktybarın 27-də Moskvada Rusiya Yazıçılar Birliyinə üzvlüyə götürüləcək. Ona birliyin vəsiqəsi qiyabi olaraq veriləcək, çünki Tyson Moskvaya noyabrda gəlməlidir.

Oktyabrın 27-də isə Moskvada Tysonun yeni kitabının təqdimatı keçiriləcək. Kitab “Tayson. Rəhmsiz həqiqət “ adlanır.

Tyson Qinnesin rekordlar kitabına iki dəfə düşüb: ağır çəkidə peşəkarlar arasında ən gənc çempion kimi və ən tez nokautların sayına görə.

1992-1995-ci illərdə zorlama ittihamı ilə həbsdə yatıb.

1997-ci ildə isə döyüşdə Evander Holyfieldin qulağını dişləmişdi.

XS
SM
MD
LG