Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:52

-

Noyabrın 10-dan 18-dək Azərbaycanda II Beynəlxalq Aşıq Festivalının keçirilməsi planlaşdırılır.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, festival Azərbaycan Aşıq sənətinin beynəlxalq aləmdə tanıdılması və təbliği, milli mədəniyyətin inkişafında aşıq sənətinin rolunun artırılması, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsi məqsədilə keçiriləcək.

Festivalı Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə düzənləyəcək.

Festivalda Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Rusiya Federasiyasından və Azərbaycanın bütün bölgələrindən aşıqlar iştirak edəcəklər.

Beynəlxalq festivalın açılış mərasimi noyabrın 12-də Dövlət Musiqili Teatrında baş tutacaq.

Noyabrın 13-dən 17-dək Yevlax, Gədəbəy, Şəmkir, Qazax, Tovuz və Ucar şəhərlərində festival iştirakçılarının çıxışları nəzərdə tutulur.

Festivala "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən informasiya dəstəyi veriləcək.

2009-cu ildə Azərbaycan Aşıq sənəti UNESKO-nun "Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na daxil edilib.

I Beynəlxalq Aşıq Festivalı 2010-cu ilin oktyabrında keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG