Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:05

«Müslüm Maqomayev haqqında xatirələr» sənədli filminin təqdimatı olacaq


“Müslüm Maqomayev haqqında xatirələr”
“Müslüm Maqomayev haqqında xatirələr”

-

Oktyabrın 24-də Nizami Kino Mərkəzində xalq artisti Tofiq İsmayılovun “Müslüm Maqomayev haqqında xatirələr” sənədli filminin təqdimatı olacaq.

“Salnamə” studiyasında çəkilmiş film dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevə həsr olunub.

Filmdə Azərbaycanın və Rusiyanın görkəmli sənət adamlarının, Müslüm Maqomayevin yaxın dostlarının xatirələri yer alacaq, sənətkarın ən gözəl ifaları səslənəcək və ilk dəfə nümayiş olunacaq nadir kinoxronika kadrları veriləcək.

Filmin ssenari müəllifi və rejissoru Tofiq İsmayılov, musiqi məsləhətçisi Tamara Sinyavskaya, səs rejissoru Azad Vəliyev, operatorları Rafiq Quliyev, İqor Boqdanov, Ziya Babayev, Andrey Lebedev, Anatoli Petrov, musiqi redaktoru Sevinc Rzayeva, redaktoru Ramiz Əliyev, icraçı prodüserləri Kamil Məmmədov və Tofiq Musayevdir.

Təqdimat saat 19:00-da Nizami Kino Mərkəzində keçiriləcək.

XS
SM
MD
LG