Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:05

Dağlıq Qarabağda yerli ədliyyəyə inanan 72 faizdir-Mətbuat icmalı


-

Azərbaycanda yerli ədliyyə sisteminə etimad edənlər 50 faizdən azdır. Keçmiş SSRİ məkanında 50 faiz həddini ölkə kimi yalnız Gürcüstan keçə bilib.

Total şirkətinin rəhbəri de Margerie hamıdan fərqlənirdi. Ukraynada qazaxlar da vuruşur – Astanaya yeni başağırısı.

Ukraynada bu parlament seçkilərində Rusiyanın da taleyi həll olunur.

Dünya medaisı bu gün nədən yazır?

Gallup.com yazır ki, təşkilat 123 ölkədə sorğu keçirib. Sual belə olub ki, öz ölkənizin ədliyyəsinə, məhkəməsinə etmad edirsinizmi?

Dünya üzrə götürəndə, yerli ədalət sisteminə inananların sayı 50 faizdən bir az çoxdur.

Ancaq bunu keçmiş SSRİ məkanındakı ölkələr haqda demək olmaz.

Burda rəyi soruşulanların cəmi 28 faizi öz ədliyyə sisteminə etimad göstərir.

Azərbaycanda ədliyyə sisteminə etimad edənlər 41 faiz, etimad etməyənlər 36 faizdir.

Təşkilat Dağlıq Qarabağda sorğunu ayrıca keçirib. Dağlıq Qarabağda rəyi soruşulanların 72 faizi yerli ədliyyə siteminə inanır. 22 faizi isə etimad göstərmir.

Keçmiş SSRi məkanında yerli ədliyyəyə etimad Dağlıq Qarabağda ən yüksəkdir. Yalnız Dağlıq Qarabağda və Gürcüstanda ədliyyə sisteminə etimad 50 faizdən yuxarıdır. Gürcüstanda bu 51 faizdir.

Ermənistanda yerli məhkəmələrin ədalətinə inananlar cəmi 30 faizdir.

Ən aşağı etimad isə Ukraynadadır. Burda ədliyyəyə cəmi 16 faiz inanır.

Gallup bildirir ki, sorğu hər ölkədə və ya ərazidə azı 1000 nəfərlə üzbəüz və ya telefonla sual-cavab əsasında hazırlanıb.

DE MARGERİE

Wall Street Journal qəzeti yazır ki, Moskvada təyyarəsi qartəmizləyən maşınla toqquşandan sonra həlak olan Christophe de Margerie hətta biznes liderləri arasında da seçilirdi. Fransanın Total neft şirkətinin rəhbəri olan de Margerie zarafatla deyirdi ki, Total şirkəti haqda heç kim heç nə bilmir, yalnız onu bilirlər ki, bu şirkət “pisdir”.

Hər məsələdə öz fikri olan De Margerie Rusiyaya qarşı sanksiyaların əleyhinə idi, deyirdi ki, Avropa Rusiya qazı olmadan keçinə bilməz. Qəzet yazır ki, təəsüf ki, o haqlıdır.

De Margerie nəhəng neft şirkətinin rəhbəri olsa da onun da işi rəvan getməyib. Keçən il Total şirkəti İranla enerji müqavilələrində rüşvət məsələsini ABŞ-la yoluna qoymaq üçün 398 milyon dollar pul verdi.

Fransanın ən nüfuzlu bir neçə şəxsindən biri olan de margerieni Fransada hətta tutmuşdular.

İraqın vaxtilə ərzaq əvəzinə neft proqramı ilə bağlı qalmaqalı araşdıran Fransa prokurorları 2006-cı ildə de Margerieni tutub-saxladılar. O, 48 saat sorğu sual olundu. Keçən il məhkəmə de Margerie və 17 başqa şəxsə bəraət verdi.

XARİCİ SİYASƏT DAXİLİNİN DAVAMIDIR

Foreign Affairs məcmuəsi yazır ki, Rusiyanın xarici siyasəti ABŞ-ın xarici siyasətinə reaksiya kimi formalaşmır. Rusiyanın xarici siyasəti daxili siyasətinin nəticəsi kimi yaranır və dəyişir. Bu baxımdan Rusiyanın Ukrayna siyasətinin səbəblərini Rusiyanın daxili siyasətində axtarmaq lazımdır.

UKRAYNADA RUSİYANIN TALEYİ MÜƏYYƏN OLUNUR

Vaxtilə Dayton sülh konfransının həmsədri, Avropa Birliyinin keçmiş Yuqoslaviyada, BMT-nin Balkanlarda Xüsusi Elçisi olan Carl Bildt Project Cindicate məcmuəsində yazır ki, Ukraynada oktyabrın 26-dakı parlament seçkiləri təkcə Ukraynanın taleyini həll etmir. Bu seçkilər həm də Rusiyanın taleyini həll edir. Rusiyanın taleyi isə öz növbəsində Avropanın taleyinə təsir edəcək.

Ukraynanın tutduğu yol haqda Bildt yazır ki, onun son 23 ildə əldə etdiklərini Polşa ilə müqayisə etmək daha yaxşı olardı. Ukrayna və Polşa hər ikisi təxminən eyni vaxtda Sovet İttifaqından qurtuldu. O vaxt onların hər ikisində adambaşına düşən ÜDM təxminən eyni idi.

Ancaq o vaxt üzünü Avropaya tutan Polşanın bu gün

adambaşına düşən daxili məhsulu o vaxtdan bəri pis idarə olunan Ukraynada admbaşına düşən daxili məhsuldan 3 dəfə çoxdur.

SAXAROV MÜKAFATI KONQOLU HƏKİMƏ VERİLİR

BBC News yazır ki, konqolu doktor Denis Mukwege Saxarov mükafatına layiq görüldü. O, Demokratik Konqo Respublikasında minlərlə zorlama qurbanına kömək edib.

Avropa parlamenti Saxraov mükafatının qalibini Strasburqda elan edib.

Hazırda 59 yaşı olan Denis Mukwege dəhşətli seksual zorakılığın qurbanlarına kömək işini 1999-cu ildə Konqonun şərqində xəstəxanadan başlayıb.

Onu iki il əvvəl hətta öldürmək istəyiblər.

Konqoda zəngin mineral ehtiyatlar uğrunda vuruşan silahlı dəstələrin seksual zorakılıqdan istifadə etməsini pisləyəndən sonra Denis Mukwegeyə sui-qəsd oldu. Ancaq o, bundan salamat çıxa bildi.

Saxarov mükafatına bu il 3 namizəd var idi. Digər 2 namizəd – azərbaycanlı insan haqları müdafiəçisi Leyla Yunus və Ukraynanın Avromaydanı idi.

UKRAYNADA QAZAXLAR

Ukraynada vuruşan separtaçılar arasında qazaxlar da var. Diplomat jurnalı yazır ki, bu, Astanaya narahatlıq üçün əsas verir. Keçən həftə çıxan videoda 26 yaşlı Nurlan İgemov adlı qazax deyir ki, “qazaxlar başqa ölkələrə vuruşmağa pul üçün getmirlər. Onlar ideya uğrunda vuruşmağa gedirlər”. İlk dəfədir ki, Ukraynanın şərqində qazaxların da olması məlum olur.

Diplomat yazır ki, İdenov Ekibastuz regionundandır.

Yada düşür ki, Suriyaya da qazaxlar məhz Ekibastuz regionundan gəlirdi. Qazaxıstanda hətta 4 belə şəxs , Suriyadan qayıdandan sonra terrorimzlə əlaqədar məhkum olundu.

Ukraynanın şərqində qazaxlar başqa millətlərə baxanda azdırlar, ancaq bunların olması Astananı düşünməyə vadar edir. Astana bir tərəfdən Rusiyanın Qazaxıstanda da narazılıq qaldıra biləcəyindən ehtiyat edir. O biri tərəfdən, Rusiyanın Ukraynadakı mövqeyinə dəstək verməyə çətinlik çəkir.

XS
SM
MD
LG