Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:41

“Hamiləlik vaxtı Gürcüstanda və Bakıda dəfələrlə həkim müayinələrindən keçmişəm. Əlimdə sənədlərim də var ki, məndə əməliyyatdan əvvəl heç bir xəstəlik, vuris olmayıb. Hamiləlik dövrüm də normal keçib”.

Jalə Alməmmədova AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, bu ilin may ayında Qazax rayonundakı Doğum Evində qeysəriyyə yolu ilə doğuş keçirdikdən sonra HepatitC virusu daşıyıcısına çevrilib:

“Əməliyyatdan sonra bilmişəm ki, bu əməliyyata ehtiyac yox imiş. Mən təbii doğuş da keçirə bilərdim, çünki bütün analizlərim təmiz çıxmışdı, özüm də sağlam və gənc... Əməliyyata görə məndən 350 manat aldılar, xəstəxanada təmir getdiyi üçün baş həkim məndən 50 manat alıb öz otağına yerləşdirdi”.

Jalə Alməmmədovanın sözlərinə görə, əməliyyatdan sonra uzun müddət hərarəti olub, hətta bir dəfə xəstəxanaya qayıdaraq bir neçə gün orada da qalıb. Və günlərin bir günü...

“Gürcüstana getdim, orada analizlər verdim, bu dəfə məndə HepatitC virusu daşıyıcısı olduğum aşkar edildi. Bakıya qayıdıb burada da analizlər verdim, eyni cavabı aldım”.

Şikayətçi virusa qeysəriyyə əməliyyatı zamanı yoluxduğunu iddia edir. Başqa iddiasına görə, uşaq əməliyyat yolu ilə dünyaya gəlsə də, sənədlərdə təbii yolla doğulduğu qeyd olunub. Həkimlərin hərəkətlərindən Səhiyyə Nazirliyinə və Qazax rayon Prokurorluğuna müraciət edib.

Doğum Evinin baş həkimi hazırda ekpertizanın rəyini gözlədiklərinə görə məsələyə münasibət bildirməyib.

Qazax rayon Prokurorluğundan isə bildiriblər ki, Jalə Alməmmədovanın şikayəti araşdırılır. Araşdırma bitməyənədək heç nə söyləyə bilməzlər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG