Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:41

BQXK: “Saxlanılan şəxslərə humanist münasibət və uyğun saxlanma şəraiti olmalıdır”


Beynəlxalq Qızıl Xaç Komitəsi

Beynəlxalq Qızıl Xaç Komitəsi

Beynəlxalq Qızıl Xaç Komitəsi Kəlbəcərdə Ermənistan tərəfdən girov götürülən iki azərbaycanlı ilə bağlı keçiriləcək məhkəmə prosesi barədə məlumatlıdır. Qurumun Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya belə deyib.

“Beynəlxalq Qızıl Xaç Komitəsi mütəmadi olaraq həmin şəxslərə baş çəkir və onların ailələri ilə əlaqə saxlamasına şərait yaradır. Beynəlxalq humanitar hüququn bir hissəsi olan Cenevrə konvensiyalarına görə, saxlanılan şəxslərə humanist münasibət və uyğun saxlanma şəraiti olmalıdır. Beynəlxalq humanitar hüquq müdafiə olunan şəxslərin məhkəmə prosesi ilə üzləşməsinin qarşısını almır. Həmçinin beynəlxalq humanitar hüquq hər zaman məhkəmə ilə bağlı hüquqi təminatlara riayət olunmasını tələb edir”.

İlahə Hüseynova həmçinin bildirib ki, məhkəmə prosesi barədə BQXK heç bir şərh vermir.

Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev işğal altında olan Kəlbəcərdə doğmalarının qəbrini ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Həsən Həsənovun meyiti alınaraq Bakıda dəfn edilib.

Erməni mətbuatı Dilqəm Əsgərov və Şahbaz Quliyevin oktyabrın 27-də Xankəndində məhkəmə qarşısına çıxarılacağı barədə məlumat yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG