Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:49

Mənzillərini ala bilməyən payçılar etiraz aksiyası keçiriblər


Mənzillərini ala bilməyən payçılar
Mənzillərini ala bilməyən payçılar

-

ƏN SON XƏBƏRLƏR YAZININ ƏVVƏLİNDƏDİR.

Qəbulda olan payçılardan biri: «Bizə Prezident Administrasiyasından dedilər ki, bu məsələ bir ay ərzində Baş Prokurorluqda araşdırılacaq. Nəticəni gözləyin».

Tələblərin nəticəsini gözləyən sakinlər bu cavabın onları qane etmədiyini bildiriblər. Onlar deyiblər ki, problemləri həll olunanadək PA-nın önündə aksiyaya davam edəcəklər.

Prezident Administrasiyasında qəbulda olan payçıları Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə yönəldiliblər.

«DÜZGÜN VƏ ƏDALƏTLİ QƏRAR GÖZLƏYİRİK»

Xırdalanın 40-a yaxın sakini Prezident Administrasiyasının qarşısında toplaşıb. Onlar 8 ildir ki, ala bilmədikləri mənzillərinin sorağı ilə gəlib.

Şikayətçilər bildirir ki, «Hayan-E» MMC tikinti şirkəti Xırdalanın mərkəzində bina inşa etmək adı ilə onlardan külli miqdarda pul alıb.

«Mənim mənzilimi bir neçə nəfərə satıblar», deyə sakinlərdən biri etiraz edir. Şikayətçilər əllərində «MMC bizi aldadır», «Düzgün və ədalətli qərar gözləyirik» və s. şüarları yazılmış plakatlar tutublar.

Payçılardan 2 nəfər Prezident Administrasiyasında qəbuldadır.

Payçılar bundan əvvəl də bir neçə dəfə etiraz aksiyası keçiriblər. «Hayan-E» MMC tikinti şirkəti sakinlərin iradları ilə razılaşaraq gecikmələr olduğunu bildirmişdilər. ​

Etiraz edən payçılar
Etiraz edən payçılar

Etiraz edən payçılar
Etiraz edən payçılar

XS
SM
MD
LG