Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:33

Pakistanlı Malala ABŞ Azadlıq medalını alıb


Malala Yousafzai, Nobel Sülh mükafatının qalibi
Malala Yousafzai, Nobel Sülh mükafatının qalibi

Uşaq hüquqları fəalı, Nobel Sülh mükafatının ən gənc qalibi Malala Yousafzai oktyabrın 22-də ABŞ Azadlıq medalını qəbul edib. Malala 100 min dollarlıq mükafatı vətəni Pakistanda təhsilə xərcləyəcəyini deyib.

İllik mükafatı Milli Konstitusiya Mərkəzi təqdim edir. Qurum bildirib ki, mükafat Yousafzai-a “çətinliklərə qarşı göstərdiyi cəsarət və müqavimət”ə görə verilib.

17 yaşlı Malala çıxışında məktəbə getməyən 57 milyon uşağa təhsil haqqının tanınması arzusunu dilə gətirib.

Malala hazırda Londonda yaşayır. Pakistanda qızların təhsili uğrunda kampaniya ilə tanınıb. 2012-ci ilin oktyabrında Taliban silahlıları onu başından güllələyib, ağır yaralanıb.

2014-cü il Nobel Sülh mükafatı da Malala və hindistanlı uşaq hüquqları müdafiəçisi Kailash Satyarthi-yə verilib.

XS
SM
MD
LG