Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:02

Malena Mard: «...Azərbaycan istisna deyil»


Malena Mard
Malena Mard

-

Avropa Birliyi vətəndaş cəmiyyətinin inkişafı sahəsində Azərbaycanla işi davam etdirəcək. “Trend” xəbər verir ki, oktyabrın 22-də jurnalistlərə qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard belə deyib.

Onun sözlərinə görə, Avropa Birliyinin Azərbaycanın vətəndaş cəmiyyəti və dövlət strukturları ilə təmasları daimidir və bu, həm AB, həm də Azərbaycan üçün vacibdir:

"İstənilən ölkədə vətəndaş cəmiyyətinin mövcudluğu çox vacibdir və Azərbaycan da istisna deyil".

M.Mard qeyd edib ki, Avropa Birliyi Azərbaycan prezident İlham Əliyevin “NİDA” vətəndaş hərəkatının keçmiş üzvlərinə şamil olunan sonuncu əfv sərəncamını alqışlayır:

"AB belə addımların davamlı olacağına ümid edir".

İlham Əliyevin oktyabrın 17-də 80-dən artıq məhkumun əfv olunması ilə bağlı sərəncam imzalayıb. Əfv olunanlar arasında “NİDA” vətəndaş hərəkatının üç keçmiş üzvü - Şahin Novruzlu, Elsevər Mürsəlli, Bəxtiyar Quliyev, eləcə də QHT rəhbəri Həsən Hüseynli var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG