Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:53

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanır


Arxiv foto, bələdiyyə seçkisi

Arxiv foto, bələdiyyə seçkisi

Azərbaycanda oktyabrın 22-dən bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə start veriləcək.

APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının oktyabrın 21-də keçirilən iclasında məlumat verilib. Qanunvericiliyə əsasən bələdiyyə seçkilərinin təyin edilməsi barədə MSK-nın qərarı dərc edildiyi gündən bələdiyyə üzvlüyünə namizədlər irəli sürülə bilər. Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi proseduru seçki gününə 30 gün qalmış başa çatır.

Bələdiyyə üzvlüyünə namizədlərin təşviqat kampaniyası bələdiyyə seçkilərinə 23 gün qalmış başlayacaq, bələdiyyə seçkilərinə 1 sutka qalmış - yəni dekabrın 22-də saat 24:00-da başa çatacaq.

Bu gün,oktyabrın 22-də MSK bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsi barədə qərar qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG