Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:57

İran Buşehr nüvə zavodu yaxınlığında “casus” tutub


İran, Buşehrdə nüvə zavodu

İran, Buşehrdə nüvə zavodu

İranın kəşfiyyat naziri ölkənin təhlükəsizlik xidmətinin nüvə zavodunun yerləşdiyi Buşehr vilayətində bir neçə şübhəli casus saxladığını bildirib.

Seyed Mahmud Alawi oktyabrın 21-də deyib ki, “xarici kəşfiyyat xidmətinin hərəkətlərini izləyən” təhlükəsizlik qüvvələri “Buşehrdə xaricilər üçün məlumat toplamaq niyyətində olan bəzi agentləri” həbs edib. Alawi detallı danışmayıb.

İran öncə də nüvə proqramına təxribat törətmək cəhdləri barədə məlumatlar yayıb.

Qərb İranın nüvə proqramından atom bombası hazırlamaq üçün istifadə edə biləcəyindən narahatdır. İran isə nüvə enerjisindən yalnız elektrik və tibbi müalicədə yararlandığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG