Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:29

BMT rəsmisi bildirir ki, dəlillər İslam Dövləti qruplaşmasının İraqın yezidi dini azlığına hücumunun “genosid cəhdi” olduğunu göstərir. BMT Baş Katibinin İnsan Haqları üzrə köməkçisi Ivan Simonovic bu haqda İraqa bir həftəlik səfərdən sonra oktyabrın 21-də jurnalistlərə deyib. O, İraqda ölkənin müxtəlif hissələrindən olan azı 30 yezidini danışdırıb.

İD yaraqlıları avqustda İraqın şimalında və qərbində minlərlə yezidini güllələyib, diri-diri basdırıb və ya kölə kimi satıb. İD yezidilərin şeytana sitayiş etdiyini deyir.

On minlərlə yezidi İraqın şimalında kürdlərin tutduğu ərazilərə qaçıb.

Hesablamalara görə, İD-nin nəzarətindəki ərazilərdə qalan 7 min yezidi İD tərəfindən islamı qəbul etməyə məcbur olunub.

ABŞ prezidenti Barack Obama avqustda İraqa hava hücumlarına icazə verəndə, yezidilərin soyqırımının qarşısını alınması borcunu vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG