Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:27

ABŞ Kobaninin böyük hissəsinin kürdlərin əlində olduğunu deyir


Suriya, Kobani

Suriya, Kobani

ABŞ ordusu bildirir ki, kürd döyüşçülər Suriyanın sərhəd şəhəri Kobaninin böyük hissəsinə nəzarət edir, İslam Dövləti yaraqlıları isə son bir neçə gündə irəliləyə bilməyib.

Pentaqon sözçüsü, istefada olan admiral John Kirby oktyabrın 21-də deyib ki, durum hələ də “həssas”dır, lakin hazırda kürd döyüşçüləri mövqelərini qoruyub saxlayıb, ABŞ-ın hava hücumları isə İD-nin hücumunu zəiflədib. Kirby İD qüvvələrinin Kobaniyə təhlükə yaratmaqda davam etdiyini bildirib.

ABŞ koalisiyası ötən gecə də hava hücumlarını davam etdirib. Oktyabrın 20-də isə Amerikanın C-130 yük təyyarələri kürd qüvvələrinə silah, sursat, tibbi ləvazimat çatdırıb.

Kirby havadan atılan azı 28 bağlama silahın İD yaraqlılarının da əlinə keçə biləcəyini deyir.

Şahidlər və müşahidəçilər oktyabrın 21-də döyüşün səngidiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG