Roma papası Francis noyabrın 28-30-u Türkiyəyə səfər edəcək. Bunu Vatikan bildirir.
O, Atatürkün mavzoleyini ziyarət edəcək. Göy Məsciddə də olacaq.
Roma papası Türkiyə prezidenti və baş naziri ilə də görüşəcək.
Türkiyə - Francis keçən ilin martından Roma papası olandan bəri onun getdiyi 6 –cı ölkə olacaq. Papa indiyə kimi Braziliya, İsrail, Cənubi Koreya, Albaniyada olub. Türkiyədən əvvəl isə noyabrın 25-də Fransaya, Strasburqa gedəcək.