Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:14

Bakıda II Həmzə Nigari simpoziumu açılıb


II Həmzə Nigari Simpoziumu
II Həmzə Nigari Simpoziumu

-

Oktyabr 20-də Bakıda II Həmzə Nigari Simpoziumunun açılış mərasimi olub. Simpozium Amasiya Universiteti, Amasiya Azərbaycan Türkləri Kültür, Sənət və Dayanışma Dərnəyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Modern Hoteldə açılıb.

SİMPOZİUMDA 3 ÖLKƏDƏN 80 ALİM İŞTİRAK EDİR

Azərbaycan, Türkiyə və Rusiyadan 80 alim və tədqiqatçı simpoziumda iştirak edib. Simpoziumun ayrı-ayrı bölmələrində “Mir Həmzə Nigari ilə əlaqədar yanlış rəvayətlər və əsl gerçəkliklər”, “Mir Həmzə Seyid Nigarinin Fars Divanı”, “Nigari Divanında Əhli-Beyt sevgisi”, “Seyid Həmzə Nigarinin həyatı və yaradıcılığının öyrənilməsi tarixi”, “Seyyid Mir Hamza Nigârî ve Türbesi”, “Mir Həmzə Nigarinin məktubları”, “Mir Həmzə Nigarinin oğlu Siraci”, “Nigari şeiriyyətinin ritm və intonasiya qaynaqları” və digər mövzularında məruzələr olub.

“SUFİNİN XATİRƏSİNƏ” FOTOSƏRGİSİ AÇILIB

Simpozium çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, İslam Əməkdaşlıq təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə tanınmış fotoqraf Məmməd Rəhimovun "Sufinin xatirəsinə" fotosərgisi açılıb.

Media Təqib Mərkəzinin yaydığı xəbərə görə, Nigari simpoziumun açılışı Türkiyə mediasında da maraqla qarşılanıb.

Xəbər agentlikləri “Azerbaycan ve Türkiye'nin Ortak Şairi Nigari Sempozyumu Başladı” başlıqlı yazılar , Nigari barədə bilgilər veriblər.

MİR HƏMZƏ SEYYİD NİGARİ KİMDİR?

Böyük sufi şair Mir Həmzə Seyyid Nigari 1805-ci ildə Qarabağda dünyaya gəlib. Təhsilini doğulduğu bölgədə alan Nigari çar Rusiyasının siyasətinə qarşı olduğu üçün Amasiyaya köç etmək məcburiyyətində qalıb.

Nigari 1886-cı ildə Amasiyada dünyadan köçüb.

Məzarı Amasiyadakı Şirvanlar camesindədir.

ŞAİRİN TÜRKİYƏDƏ SEVİLƏN MİSRALARI:

”Canan dileyen dağdağyi cana düşer mi?

Can isteyen endişeyi-canana düşer mi?

Girdik rehi-sevdaya cünunuz, bize namus lazım değil,

Ey dil ki, bu iş şana düşer mi?”

"Qarabağdan Amasiyaya Könül Körpüsü – I Beynəlxalq Həmzə Nigari Simpoziumu” 2012-ci ildə Tükiyənin Amasiya şəhərində keçirilmişdi.

Simpozium bu gün də işini davam etdirir.

Sabah simpozium iştirakçıları Həmzə Nigarinin sevimli tələbəsi Hacı Mahmud əfəndi Aslanbəylinin Qazaxdakı məscid və türbəsini ziyarət edəcəklər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG