Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:35

-

Oktyabrın 23-də Rusiya Akademik Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, professor Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin premyerası keçiriləcək.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Bəstəkara böyük şöhrət qazandıran "Məhəbbət əfsanəsi" baleti yarım əsrdən çoxdur ki, dünya səhnələrini bəzəyir.

Balet ilk dəfə 1961-ci ildə Kirov adına Leninqrad Akademik Opera və Balet Teatrında - indiki Sankt-Peterburq Mariinski Teatrında tamaşaya qoyulub.

Həmin tamaşanın quruluşçu baletmeysteri SSRİ Xalq artisti Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru maestro Niyazi olub.

Uzun fasilədən sonra tamaşa bərpa edilərək yeni ifaçıların iştirakı ilə sənətsevərlərə təqdim olunacaq.

Y. Qriqoroviçin quruluşunda və S.Virsaladzenin səhnə tərtibatında nümayiş etdiriləcək yeni tamaşanın dirijoru Rusiyanın Əməkdar artisti Pavel Sorokindir.

Xəbərdə deyilir ki, premyerada iştirak etmək üçün Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti Moskvaya gedəcək.

Nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov, tanınmış balet ustaları, xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədov, bəstəkar, Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev, gənc bəstəkarlar və Bakı Musiqi Akademiyasının tələbələri daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG