Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:23

M. Maqomayev adına müsabiqənin laureatları sırasında azərbaycanlılar da var


Müslüm Maqomayev
Müslüm Maqomayev

-

Moskvada vokalçıların Müslüm Maqomayev adına Beynəlxalq müsabiqəsi başa çatıb. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Rusiyanın “Kultura” telekanalına istinadla yaydığı xəbərə görə, Azərbaycanı təmsil edən Azər RzazadəAytac Şahəlizadə üçüncü mükafatın laureatları olublar.

Ənənəyə görə, birinci turda müğənnilər həm klassik əsərlər, həm də estrada mahnıları, finalda isə Müslüm Maqomayevin repertuarından mahnılar ifa ediblər.
Münsiflər heyətinin sədri Tamara Sinyavskayanın sözlərinə görə, 180 müraciətin daxil olduğu müsabiqədə seçim sərt olub. Finala 9 ölkədən 15 ifaçı çıxıb.

Münsiflər heyətində İtaliya, Azərbaycan və Monqolustandan musiqiçilər, habelə rusiyalı sənətkarlar Yelena Obraztsova, Dmitri Bertman, Sergey Zaxarov təmsil olunublar.

Səhnədə Verdinin, Bizenin, Motsartın operalarından ariyalar, eləcə də, estrada kompozisiyaları səslənib.

Müsabiqənin şərtlərinə görə, iştirakçılar hər janrda oxumağı bacarmalıdırlar. Müsabiqənin birinci mükafatına Monqolustan təmsilçisi, bariton səsli Ariunbaatar Qanbaatar, ikinci mükafata Ermənistan təmsilçisi Liparitu Avetisyan və belaruslu Pavel Petrov layiq görülüblər.

Qran-Pri mükafatı heç kəsə verilməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG