Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:08

“Şəhər yolsuz, qazsız, işıqsız qalıb, ortada isə milyonlarla manat vəsait “yoxa çıxıb”.

AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edən Şamaxı sakinləri yerli məmurlardan narazıdır.

150 KÜÇƏ VAR, HAMISI DA BƏRBAD...

“Dəfələrlə Şamaxının icra başçısı Asif Ağayevdən şikayətlənmişik. Rayondakı vəziyyətin acınacaqlı hala salmasından danışmışıq. Ancaq başçı rayonda iş görməməklə yanaşı, həm də zərər vurmaqla məşğuldur. Payız evimizin içində, qış isə qapımızın astanasındadır. Rayonun qaz və işıq sistemi bərbad vəziyyətdədir. Başçınınsa heç nə vecinə deyil. Xəbəri də yoxdur ki, insanlar necə yaşayır...”

Şamaxılılar yazır ki, rayonda 150-dən artıq küçə var. Hamısı da bərbad vəziyyətdə...

“Yağış başladısa, küçədə palçıqdan yerimək olmur. Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və xidməti olmuş bir şəhərə qarşı bu qədər etinasızlıq, sayğısızlıq bizi narahat edir”.

BAŞÇININ HESABATINDAN...

Şamaxı rayon İcra Hakimiyyəti isə ittihamlara açıqladığı hesabatla cavab verir.

Başçının sonuncu hesabatında qeyd olunur ki, bu ilin doqquz ayında rayon üzrə 467 daimi iş yeri açılıb. Rayon iqtisadiyyatında kənd təsərrüfatı sahəsi əsas yer tutub. Bu il 41,6 mln. manatlıq məhsul istehsal edilib. Rayon üzrə 6666 nəfər kənd təsərrüfatı istehsalçısına 1 milyon 308 min manat yardım verilib.

Şamaxının mərkəzindəki Soyqırım abidəsi yenidən qurulub. Abidənin ətrafındakı bütün fərdi yaşayış evlərinin dam örtükləri və pəncərə blokları təzələnib, binaların fasadları ağlayla üzlənib.

Həmin ərazidə piyadalar üçün səkilər çəkilib, asfalt-beton örtüyü vurulub, işıqlandırma sistemi quraşdırılıb.

Qarabağ muharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış, regional qeydiyat şöbəsi üçün inzibati binasının tikintisinə başlanıb.

Zoğalavayçay su anbarından şəhərin Şirvani küçəsinə və şəhərə giriş istiqamətində yerləşən qala divarlarına qədər texniki su xətti çəkilib.

Şəhərin küçələrinə asfalt örtüyü vurulub. Şəhərin ərazisindəki zibilxana Saqiyan kəndinə köçürülüb.

Şəhərin Bakı istiqamətindəki giriş hissəsindən Ağsu istiqamətində yerləşən Gənclər Parkına qədər işıqlandırma dirəkləri quraşdırılıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG