Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 13:57

“Bu su rayona veriləndən xəstəlik də artıb. Verilən içməli su isə o qədər keyfiyyətsizdir ki, nəinki içməyə, heç əl-üz yumağa da yaramır. Bu su ilə yuyunan yara tökər”.

Ucar rayon sakinləri AzadlıqRadiosunun “Qaynar xətt”inə danışırlar ki, rayona verilən içməli suyun keyfiyyəti aşağıdır. Bu su nəinki içməyə, heç əl-üz yumağa da yaramır. Texniki suyu rayona verəndən isə xəstəliklər artıb.

SAKİNLƏR ALDADILIR

“Sağlamlığımız təhlükə qarşısındadır. Yaşıllıqlar məhv olur, ağaclar quruyur. İçməli sudan yığılan pulların böyük hissəsi mənimsənilir. Sakinlər aldadılır, texniki suyu içməli su adı ilə verirlər. Ödənilən pulun dəyərindən dəfələrlə az su verilir, bununla da pullar mənimsənilir”.

Sakinlər əlavə supulu ilə yükləndiklərini də bildirirlər. Şakir Əliyev:

“İki ildən çoxdur ki, ailəmlə Bakıda yaşayıram. Ucardakı mənzilimdə yaşayış olmadığından təbii ki, sudan da istifadə olunmayıb. Ancaq bu yaxınlarda 78 manat supulu borcu ilə bağlı qəbzi qohumuma veriblər ki, mənə çatdırsın”.

"AZƏRSU" RAZILAŞMIR...

«Azərsu» ASC isə ittihamlarla razılaşmır. Cəmiyyətdən bildiriblər ki, dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı xeyli iş görülüb.

Layihə Ucar şəhəri ilə yanaşı, rayonun 15 kəndini də əhatə edir.

İcrasına 2011-ci ilin oktyabrında başlanmış “Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması Layihəsi”nə əsasən, Ucar şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün mənbə Külüllü su mənbəyi seçilib. Su mənbəyində Ucar şəhərini içməli su ilə təmin etmək üçün hər birinin tutumu 3 750 kubmetr olan iki su anbarı tikilib. Buradan şəhər mərkəzinədək 500-560 mm diametrli polietilen borularla 57 km uzunluğunda magistral su xəttinin çəkilişi başa çatıb və şəhərə suyun verilməsinə başlanılıb.

Hazırda isə Ucar şəhərini dayanıqlı rejimdə içməli su ilə təmin etmək üçün şəhər mərkəzində iki su anbarı tikilir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG