Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:36

İtalyanlar Azərbaycanda film çəkəcəklər


-
“İtalyan rejissorlar Azərbaycanda film çəkmək istəyirlər”

Oktyabrın 20-də Bakıda İtaliya Film Festivalının açılışı mərasimi keçirilib. Festivalda iştirak edən italyan aktrisa Anita Kravos həmyerlilərinin Azərbaycanda film çəkmək istəyində olduğunu bildirb.

“Mənim sevgilim qatildir” adlı filmdə baş rolda oynayacağını deyən Anita Kravos bu filmdə iki azərbaycanlı aktyorun da rol alacağını söyləyib:

İtaliyalı səfir Giampaolo Cutilllo və italyalı aktrisa Anita Kravos. Bakı 2014. İtaliya Film Festivalı
İtaliyalı səfir Giampaolo Cutilllo və italyalı aktrisa Anita Kravos. Bakı 2014. İtaliya Film Festivalı

“Digər bir film isə Azərbaycana gələn italiyalının hekayəsindən bəhs edir”.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, İtaliya Film Festivalı oktyabrın 20-dən 25-dək “28 Cinema”da keçirilir.

Festival İtaliya cəmiyyəti N.I.C.E, İtaliyanın və İsveçrənin Azərbaycandakı səfirliklərinin dəstəyi ilə reallaşıb.

Bir həftə davam edəcək festivalın sponsorları “Yapikredi” bank, Port Baku, Hilton hotel, informasiya dəstəyi isə “Nargis Magazine” jurnalıdır.

Festival müddətində 6 film nümayiş olunacaq.

Bunların arasında İtaliyaya uğur gətirən, 2013-cü ildə xarici dildə ən yaxşı film nominasiyaları üzrə “Oskar” “Qızıl Qlobus” mükafatlarına layiq görülən “Böyük gözəllik” filmi də var.



AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG