Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:01

«Operaya başı bağlı olmaz!» – Mətbuat icmalı


Fransada burqaya görə polisə aparılan qadın. 2011-ci il

Fransada burqaya görə polisə aparılan qadın. 2011-ci il

-

Parisdə operada qadına deyiblər ki, ya baş örtüyünü çıxart ya da zalı tərk et. Fransa hökuməti ictimai yerlərdə burqa qadağanı qanununa aydınlıq gətirmək istəyir.

Pakistanda məşhur dini xadim televiziyaya içkili çəxmaqda ittiham olunur.

Pakistanlı jurnalist eksperiment keçirir: qonaqlıqarda soruşur ki, kim nə vaxtsa küçədə qarət olunubsa, əlini qaldırsın. Əlini qaldıranlar azı 30-35 faizdir.

Ukrayna böhranında kartların çoxu Putinin əlindədir. Ona görə yaxın vaxtlarda irəliləyiş gözləməyin.

Dünya mediası bu gün nədən yazır?

New York Times qəzeti yazır ki, Fransa ictimai yerlərdə baş örtüyü ilə bağlı qadağanın qaydalarını aydınlşdıracaq. Hökumət bütün mədəni qurumlara təlimat göndərəcək ki, ictimai yerlərdə bu qadağa nə deməkdir. Hökumətin bu aydınlşadırma qərarı opera teatrında baş verənlərlə bağlıdır. Opera Bastile teatrında Verdinin “Traviata” operasına gələn bir qadına deyilib ki, baş örtüyünü ya açsın ya da opera tetarını tərk etsin.

Paris Milli Opera Teatrının direktoru Thiellay Frans Press agentliyinə deyib ki, bir sıra müğənnilər üzü bağlı tamaşaçı üçün oxumaq istəmədiklərini bildiriblər.

Həmin qadın isə televiziya monitoruna çox yaxın əyləşmişdi, onu tez-tez görmək olurdu.

Tamaşanın ikinci aktında məsələ artıq operanın direktoruna gedib-çatıb, o da qadının ya çıxıb-getməsini ya da baş örtüyünü çıxartmasını xahiş edib.

Fransa 2010-cü ildə üzü tam bağlayan baş örtüyünü qadağan etdi və ilk belə Avropa ölkəsi oldu. “Burqa qanunu” adını alan bu qanun 2011-ci ildən qüvvəyə mindi, ancaq bu qanun hicabı və ya baş örtüyünü qadağan etmirdi. Muzeylərdə, teatlarda üzünü örtən 150 avro cərimə oluna bilər. Ancaq rəsmilər deyirlər ki, bu qanunu mümkün qədər az tətbiq etməyə çalışırlar ki, gərginlik yaranmasın.

Fransanın mədəniyyət nazirliyinin nümayəndəsi ad çəkilməmək şərtilə deyib ki, opera teatrındakı həmin qadından başqa hələ heç kimi ictimai yerdən uzaqlaşdırmayıblar.

Fransada İslamafobiya Əleyhinə Kollektiv adlı təşkilat isə bildirir ki, üz örtüyü qadağası qanununu yalnız polis icra edə bilər. Operanın tamaşaçıya “dur, get” deməyə ixtiyarı yox idi. Parisin aparıcı teatrı olan Theatre du Chatelet isə bildirir ki, bu teatr həmin qanun qüvvəyə minəndən hələ heç bir tamaşaçını teatrdan çıxartmayıb. Ancaq teatrın sözçüsü Dagher deyir ki, teatr ictimai yerdir, ona görə qanuna riayət etmək lazımdır.

Opera Bastile-də üzübağlı qadınlara yer olmadığına görə indi başıbağlılar Motsartın operasına baxmaq üçün Parisin digər teatrına - Palais Garnierə gedirlər.

DINI XADIM? IÇKİLİ?

Pakistanda tanınmış dini xadim televiziya proqramına içkili çıxmaqda ittiham olunur. İndependent qəzeti yazır ki, Pakistan müsəlman ölkəsidir. Ancaq burda çoxları içir.

Hafiz Tahir Ashrafi televiziyada axşam proqramında müxalifət lideri İmran Khanı tənqid edirdi, ancaq dili dolaşırdı. Bundan sonra bir çoxları hesab edir ki, o, televiziyaya sərxoş vəziyyətdə çıxıb. Hətta sənədli filmi Oscar mükafatı alan Sharmmeen Obaid deyir ki, Ashrafinin teıleviziyadakı çıxışından klip çəkmək olar. Bu, Pakistanda ikili standartlara əla nümunə olar.

Ashrafinin izahı budur ki, o, dərman qəbul edirdi, dərmandan onda baş gicəllənməsi olurdu.

Ashrafi belə tənqidləri görüb, dalki gün qan analizi verib.

O deyir ki, İmran Khan və onun tərəfdarları gəlib, qan analizinin nəticələrinə baxa bilər.

KÜÇƏ OĞURLUĞU

Pakistanın məşhur xeyriyyəçisi Abdul Sattar Ehdinin evini yarıb, adamların ona etibar etdiyi və ya kasıblar üçün xərclənməli olan 5 kq qızılı və son məlumatlara görə, 1 milyon dolları oğrular aparandan sonra oğurluq, qarət Pakistanda bir nömrəli mövzuya çevrilib. New York Times qəzeti yazır ki, Ghazi Salahaddin adlı yerli jurnalist və insan haqları fəalı belə bir eksperiment keçirir. O müxtəlif qonaqlıqlara, toplantılara gələn adamların hamısından xahiş edir ki, küçədə nə vaxtsa qarət olunan əlini qaldırsın. Jurnalist deyir ki, adətən adamların ən azı 3-də 1-i əlini qaldırır.

Pakistanda ksıbların pulsuz tibbi xidmət ala bilməsinə milyonlarla dollar pul xərcləyən, özü isə kasıb yaşayan

Edhi jurnalistlərə deyib ki, o, qarət oluna biləcəyini heç vaxt ağlına gətirməyib.

Ancaq problem Karaçidəki cinayətkarlıqdadır. Karaçidə yanvardan bəri – 10 ayda 13 min əl telefonu oğurlanıb. Keçən ilin eyni dövründə 6 min belə oğurluq olmuşdu. Eyni qayda ilə motosiklet oğurluğu artır.

Edhinin oğlu deyir ki, yaşı 90-na yaxın olan atasının oğurluqdan sonra vəziyyəti yaxşı deyil,bu oğurluq ona çox pis təsir edib. Oğlunun sözlərinə görə Edhi deyir ki, kasıblar üçün pul saxlanan seyfə kiminsə əl vura biləcəyinə heç vaxt inanmayıb.

KARTLARIN ÇOXU PUTİNDƏDİR

National İnterest dərgisi yazır ki, Ukrayna böhranında kartların çoxunu Putin əlində saxlayır. Onun Ukrayna böhranının həllinə kömək edəcəyini deməyə əsas azdır.

Yaxın vaxtlarda böhranın həllində heç bir ciddi hərəkət gözlənilmir. Sonda ola bilsin ki, Avropada çox soyuq qış olsun. Onda tarazlıq bir az da Putin tərəfə əyilə bilər.

BOYKONUR TURİST MƏRKƏZİ OLA BİLMİR

Guardian qəzeti yazır ki, Qazaxıstan Boykonur kosmodromunu turizm meydanına çevirmək istəyir, ancaq xarici qonaq azdır. Qəzet turizmin təşkili problemlərindən yazır ki, gələnlər məsələn, raketin yerdən necə ayrıldığını görmək istəyirlər. Ancaq onları bura yaxın buraxmırlar.

Boykonura getmək bir turistə 5400 dollardır. Bura Moskvadan Roskosmosun çarter təyyarəsi ilə Boykonura getmək və burda 4 ulduzlu hoteldə yerləşmək daxildir. Boykonurun içərisində Turist xidməti adambaşına 800 dollar alır. Bura gündə 3 dəfə yemək və hoteldə yerləşmək daxildir, ancaq nəqliyyat daxil deyil.

Qəzet yazır ki, bəlkə də bu, Qazaxıstanın Boykonura nəzarətinin çox az olması ilə bağılıdır. Rusiya Boykonuru 2050-ci ilə kimi icarəyə götürüb. Boykonur Rusiya FSB-sinin – Federal Təhlükəsizlik Xidmətinin tam nəzarətindədir.

Turist Xidməti bildirir ki, ildə bura 400-500 turist gəlir. Onların yarısı xaricilərdir.

Bu yaxınlarda Amerikanın NASA agentliyi də şikayətləndi ki, Rusiya NASA-ya Boykonura jurnalist qrupları gətirməyi qadağan edib. NASA Rusiyanın Soyuz raketlərində bir astronavt yerinə 76 milyon dollar ödəyir.

ÇİNİN SÜRƏTİ AZALIR

Çinin iqtisadi artım sürəti bu ilin 3-cü rübündə 7,3 faiz olub. Bu, digər ölkələr üçün əlçatmaq sürət olsa da Çin üçün 6 ildə ən aşağı göstəricidir.

Reuters yazır ki, Çin iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan investisuiyalar da gözlənildiyindən az olub. Bu ilin 9 ayında keçən ilin 9 ayı ilə müqayisədə investisiyalar 16 faiz artıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG