Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:25

“Bir müddət əvvəl elektrik sayğacı quraşdırılmasına görə hər mağazadan 200 manat alındı. Mağazalara məcburi qaydada yanğından mühafizə və yanğın söndürmə vasitələrini baha qiymətə satırlar. Biz də mağazalarımızın təhlükəsizliyinin təmin olunmasının tərəfdarıyıq. Ancaq o demək deyil ki, bundan istifadə edib avadanlıqları bizə dəyərindən 3-4 dəfə baha qiymətə satmalıdılar”.

VAXTAŞIRI PUL YIĞIMLARI

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə “Sədərək” Ticarət Mərkəzindəki mağazalardan birinin sahibi Eldar Quliyev deyir. O, ticarət mərkəzinin rəhbərliyi tərəfindən sahibkarlardan vaxtaşırı müxtəlif bəhanələrlə pul yığımlarından narazılıq edir:

“Ticarət Mərkəzinin müdiriyyəti tərəfindən hər ticarət cərgəsinin başında yanğından mühafizə vasitələrinin saxlanması üçün xüsusi yer ayrılmalıdır. Bu işlər bizim hesabımıza yox, ticarət mərkəzinin rəhbərliyinin hesabına görülməlidir. Ancaq rəhbərlik hər şeyi sahibkarların çiyninə yükləyir. Elektrik enerjisi verilməsi üçün sayğac quraşdırılmasına hər mağazadan 200 manat pul yığıldı. Enerjinin hər kilovat saatı üçün isə hal-hazırda 10 qəpik - yəni 4 qəpik artıq pul alınır”.

HƏR AYIN SONU "BİRKA" ƏMƏLİYYATI...

Sahibkar deyir, hər ay mağzalara məcburi qaydada 20 qəpikdən yüzlərlə plastmass birka satılır. Bu birkalardan axşamlar mağaza bağlandıqdan sonra qapıya vurulur. Beləcə, bu üsulla da hər ayın sonu yüzlərlə mağazadan 6 manatdan pul qoparılır.

Sahibkar onlardan alınan pullara görə qəbz verilmədiyini, bu pulların vergidən yayındırıldığını deyir.

Ticarət Mərkəzinin rəhbərliyindən iddialara cavab verən olmadı.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG