Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:06

Litvanın xarici işlər naziri Bakıya gəlir


Litvanın xarici işlər naziri Linas Linkevičius

Litvanın xarici işlər naziri Linas Linkevičius

Litvanın xarici işlər naziri Linas Linkevičius oktyabrın 21-23-də Azərbaycana səfərə gələcək. Trend xəbər verir ki, bu barədə azərbaycanlı jurnalistlərə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə məlumat verib.

Oktyabrın 21-də Linkevičiusun Bakıya rəsmi səfəri başlayacaq.

Məmmədzadənin sözlərinə görə, növbəti iki gündə hökumətlərarası komissiyanın sədri kimi Linkevičius Şəmkir şəhərinə baş çəkəcək. Burada oktyabrın 22-23-də Azərbaycan-Litva hökumətlərarası komissiyanın dördüncü iclası keçiriləcək. Tərəflər ikitərəfli əməkdaşlığın bütün aspektlərini, o cümlədən ticari-iqtisadi, humanitar əlaqələri nəzərdən keçirəcəklər.

İclas çərçivəsində Şəmkir və Şaulyay şəhərlərinin qardaşlaşması barədə sazişin imzalanacağı gözlənilir. Səfir əlavə edib ki, bu, Azərbaycan və Litva şəhərlərinin ilk qardaşlaşması olacaq. Вununla əlaqədar, Şaulyay şəhərinin meri də Litvanın nümayəndə heyətinin tərkibinə daxil olacaq.

Məmmədzadə qeyd edib ki, oktyabr ayı ərzində Azərbaycana həmçinin Litvanın nəqliyyat və kommunikasiyalar naziri Rimantas Sinkyaviçyusun (15-16 oktyabr), eləcə də bu ölkənin Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti də (29 oktyabr) gələcək.

Oktyabrın 29-da baş tutacaq səfər çərçivəsində gənclər siyasəti sahəsində Azərbaycan və Litvanın əməkdaşlığı məsələlərinə baxılacaq. Litvada gənclər siyasəti sahəsi Əmək və Sosial Müdafiə Nazirliyinin kurasiyasındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG