Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:56

Ağ Ev bildirir ki, ABŞ-dan kənarda bu ölkənin sosial təhlükəsizlik müavinətlərini alan keçmiş nasistlərə ödənişlər dayandırılmalıdır.

Associated Press oktyabrın 19-da yazıb ki, nasist müharibəsində hərbi cinayətlərdə şübhəli sayılan onlarla şəxs, eləcə də keçmiş SS qvardiyası üzvləri ABŞ-dan çıxarılsalar da, hələ də müavinət alırlar.

Həmin şəxslər 2-ci Dünya Müharibəsində törətdiklərinə görə ölkədən çıxarılsa da, hərbi cinayətlərdə ittiham olunmayıblar.

Müavinətlərin ödənməsinə hüquqi boşluq imkan yaradıb. Bu, Ədliyyə Departamentinə imkan verib ki, nasist şübhəlilərinin ABŞ-ı tərk etməsinə nail olsun. AP ABŞ-ın daxili hökumət sənədlərinə istinadla yazıb ki, həmin şəxslərə, ölkədən çıxmağa razılaşdıqları halda, müavinətlərini saxlaya biləcəkləri bildirilib.

Keçmiş nasistlərə ödənişlərin kəsilməsi üçün qanunvericiliyə dəyişiklik cəhdləri alınmayıb.

Ağ Evin sözçüsü Eric Shultz-un sözlərinə görə, Ədliyyə Departamenti bildirib ki, «nasist hərbi cinayətkarlarını təqib edib və 100-dən çoxunu məsuliyyətə cəlb edib».

Günün bütün mövzuları

XS
SM
MD
LG