Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Rusiya Federasiyasının “Rosneft” Dövlət Neft Şirkətinin prezidenti Igor Sechini qəbul edib.

AzərTacın məlumatına görə, görüşdə “Rosneft” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən həm Azərbaycanda, həm də Rusiyada həyata keçirilən birgə layihələr barədə məlumat verilib, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Contact.az-a istinadən bildirilir ki,layihələr haqda dəqiq məlumat verilməyib. Lakin qeyri-rəsmi məlumatlara görə "Rosnef"in SOCARın Türkiyə və digər ölkələrdəki layihələrində iştirakından söhbət gedir.

Avropa Birliyi və ABŞ "Rosneft"ə qarşı sanksiyalar tətbiq etdiyindən bu cür əməkdaşlıq Azərbaycan üçün müəyyən problemlər yaradır.


Günün bütün mövzuları

XS
SM
MD
LG