Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:46

Beynəlxalq Moody agentliyi Rusiyanın 7 böyük maliyyə institutunun reytinqini salıb. Bu siyahıda Sberbank, VTB bank, Gazprombank, Rosselkhozbank, Vneshekonombank, Alfa-bank və İpoteka yaşayış kreditləşməsi üzrə Agentlik var. Bu bankların uzunmüddətli reytinqlər üzrə proqnozu mənfi qalır.

Moody qərarını Rusiya hökumətinin gərəkən vaxtı bank sistemini dəstəkləmək qabiliyyətinin düşməsiylə əsaslandırıb.

Oktyabrın 18-də agentlik Rusiyanın suveren reytinqini bir punkt salıb, bunu Ukraynada böhranın davam etməsi, beynəlxalq sanksiyaların genişlənməsi ilə izah edib. Digər səbəblər içində kapitalın azalması, neftin qiymətinin düşməsi də var.

Günün bütün mövzuları

XS
SM
MD
LG