Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:28

ABŞ Türkiyənin Kobani qərarını alqışlayır


Kobani bir aydan çoxdur İD yaraqlılarının hücumuna məruz qalır

Kobani bir aydan çoxdur İD yaraqlılarının hücumuna məruz qalır

Birləşmiş Ştatlar Türkiyənin kürd döyüşçülərinin Kobaniyə keçməsinə icazə vermək qərarını alqışlayıb. Suriyanın Kobani şəhərinin kürdlər mühafizə edir. Lakin bir aydan çoxdur şəhər İslam Dövləti (İD) yaraqlılarının hücumuna məruz qalır.

Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu qərarı oktyabrın 20-də Ankarada elan edib, məsələyə dair danışıqların getdiyini söyləyib.

Dövlət Departamentinin sözçüsü Marie Harf oktyabrın 20-də deyib ki, “biz Türkiyə xarici işlər nazirliyinin bəyanatlarını alqışlayırıq”.

ABŞ Mərkəzi Komandanlığı oktyabrın 20-də bildirib ki, ABŞ qüvvələri oktyabrın 19 və 20-də Kobani ətrafında İD yaraqlılarına altı hava zərbəsi endiriblər. İraqın Fəllucə və Baiji şəhərləri yaxınlığındakı İD mövqelərinə də altı zərbə endirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG