Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:22

«Dini rituallara aid bütün sahələrdə ana dilinin işləkliyi təmin olunmalıdır»


Dinşünas alim Nəriman Qasımoğlu, 28 sentyabr 2006

Dinşünas alim Nəriman Qasımoğlu, 28 sentyabr 2006

Budəfəki həmsöhbətimiz Sovetlər Birliyi dönəmində bir müddət xarici ölkələrdə ərəb dilindən tərcüməçi işləyib. Uzun müddət Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini olsa da bir ilə yaxındır siyasətdən tamamilə kənarlaşdığını bildirir. Yaradıcılıqla məşğuldur, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, Din və Demokratiya adlı qeyri-hökumət təşkilatının rəhbəridir. 1993-cü ildə Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəy onun Səudiyyə Ərəbistanında fövqəladə və səlahiyyətli səfir təyin olunması haqqında sərəncam versə də sonrakı hakimiyyət dəyişikliyi sərəncamın icrasına mane olub. «Qurani Kərim»in Azərbaycan dilinə tərcüməçisidir. Hazırda Azərbaycanda yeni dini düşüncənin əsasını qoymaq istiqamətində fəaliyyət göstərmək istədiyini deyir. Beləliklə, «Tanınmışlar»ın qonağı dinşünas alim Nəriman Qasımoğludur.

- Onsuzda isladıb yağışlar məni,


Səndə ki, yağırsan sulu qar kimi...


Sizin misralarınızdır, eləmi?


- Bəli, bu, mənim saysız hesabsız sevgi şeirlərimdən biridir. Bu mövzuda mənim yazdıqlarım yaradıcılığımın bir mərhələsidir.


- Siz «Quran»ı tərcümə edənlərdən birisiniz. Sizin tərcüməniz digərlərindən nə ilə fərqlənir?


- Bu tərcümələr bir-birindən kifayət qədər fərqlidir. «Quran»ın ecazlarını başqa dilə vermək mümkün deyil, ona görə də biz ona şərti olaraq tərcümə deyirik. Buna görə də mən bədii-obrazlı tərcüməyə üstünlük verdim. Yəni başqa cür desək mənim tərcüməm «Qurani Kərim»in Azərbaycan türkcəsində açıqlamasıdır. Amma, mənim yaradıcılıq planımda da var, «Quran»ın yeni tərcüməsi variantı üzərində işləyirəm.


- Azərbaycanda insanların islama münasibəti sizi qane edən səviyyədədirmi?


- Azərbaycan dindarlığının tarixən inkişaf edən xüsusiyyətləri olub. Amma, formalaşmış bu dini dəyərlərdə müəyyən təsirlərə məruz qalır. Ərəb ölkələrində, İranda formalaşan dini cərəyanların ixracı prosesi gedir. Lakin, bunun qarşısında duran mexanizm var, bu da hələ ötən əsrin əvvəllərindən gələn türkçülüyün və demokratiyanın sintezi kimi Azərbaycan insanının təfəkküründə yerləşən islam şüurudur.


- Atatürk Türkiyə Cümhuriyyətini quranda belə tədbirlər həyata keçirib ki, bütün dualar, dini mərasimlər türk dilində olsun. Siz də bu fikirdə olan adamsınız ki, dualarımız öz dilimizdə olsa yaxşıdır.


- Türkiyədə bunu həyata keçirməyə cəhd etdilər, ancaq, baş tutmadı. Çünki, bunu direktiv əsasında həyata keçirmək istəyirdilər. Mənim 2000-ci ilin əvvəllərində irəli sürdüyüm təklif azanın Azərbaycan dilində səsləndirilməsi deyildi, mən gətirmək istədiyim və bu gün də üzərində təkidlə durduğum məsələ ondan ibarətdir ki, dini rituallara aid bütün sahələrdə ana dilinin işləkliyi təmin olunmalıdır. Bu məsələnin əleyhdarları kifayət qədərdir. Amma, biz bu fikri «Quran» məntiqinə əsaslanaraq söyləyirik.


- Xaricdə uzun müddət tərcüməçi işləmisiniz, hansı yadda qalan hadisələr olub?


- Çox hadisələr var. Təəssüf ki, o vaxtların gündəliyini yazmamışam. Məsələn, bir macəram Liviyada oldu. Liviyada Atom Tədqiqatları Mərkəzində işləyən sovet ekspertlərindən birini Liviya kəşfiyyat orqanları həbs etmişdilər, harada olduğu bilinmirdi. Mən yaxşı tərcüməçi olduğuma görə istər ərəblərin, istərsə də müəyyən mənada sovetlərin hörmətini qazanmışdım. O zaman sovet kəşfiyyatı Liviyada o qədər də dərinlərə işləyə bilməmişdi. Mənim boynuma qoydular həmin itən mütəxəssisi tapım. Bu işin öhdəsindən gəldim və mənə «qiymətli» hədiyyə üzqırxan bağışladılar.


NƏRİMAN QASIMOĞLU İLƏ SÖHBƏTİ ƏTRAFLI DİNLƏYİN
XS
SM
MD
LG