Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:36

İraq Kürdüstanı Kobaniyə Türkiyə vasitəsilə döyüşçülər göndərməyə hazırlaşır


Kobani
Kobani

İraq Kürdüstanı regionunun peşmərgə nazirliyinin baş katibi general Jabbar Yavar oktybarın 20-də Azad İraq Radiosuna deyib ki, nazirlik Kobani şəhərinə Türkiyə ərazisi vasitəsilə ağır silahlar və döyüşçülər göndərməyə hazırlaşır.

Elə həmin gün Türkiyənin xarici işlər naziri Cavusoglu bildirdi ki, Türkiyə kürd döyüşçülərinin İraqdan Kobaniyə gəlib vuruşmasına şərait yaradacaq.

Kobanidə isə ağır döyüşlər gedir. Son 4 gündə İslam dövləti yaraqlıları 70 döyüşçü itirib.

Son günlər kürd qüvvələri irəliləyən İslam Dövləti yaraqlılarını tutduqları mövqelərdən geri ata biliblər.

XS
SM
MD
LG