Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:27

-

Oktyabrın 20-də Nəsimi rayon Məhkəməsində daxili işlər naziri Ramil Usubovun Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyevə qarşı şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.

Prosesdə çıxış edən Ramil Usubovun vəkili hakimdən Eldəniz Quliyevin 1 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarmasını istəyib.

Bu haqda AzadlıqRadiosuna Eldəniz Quliyevin özü məlumat verib. O, ittiham olunduğu maddələr üzrə ən yüksək cəzanın istənilməsini söz və ifadə azadlığına qarşı növbəti hücum sayır:

«Əllərində olan bütün vasitələrdən istifadə etməklə Eldəniz Quliyev adlı şəxsi ictimai proseslərdən uzaqlaşdırmaq istəyirlər. Mənə qarşı olan maddələrdə ictimai işlərə məcbur edilmə, pul cəriməsi və digər yüngül cəzalar da nəzərdə tutulur. Ən ağırı cəza həbsdir. «Facebook»da yazdığım statusa görə bu cür cəzanı istəmək söz azadlığına təcavüzdür. Halbuki, o statusda da təhqir və böhtana yol verilməyib. Mənim ölkədən çıxışıma qadağa qoyulanda, bunların məqsədini hiss etmişdim».

Daxili işlər naziri Ramil Usubov avqustda Eldəniz Quliyevi məhkəməyə verib. Qaldırılan iddiada Eldəniz Quliyevin təhqir və böhtan maddələri ilə məsuliyyətə cəlb olunması istənilir. Eldəniz Quliyev ittihamları qəbul etmir və bunu siyasi fəaliyyəti ilə bağlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG