Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:32

Gürcüstanın keçmiş baş naziri Vano Merabishvili 3 il həbs cəzası alıb. O, 2006-cı ildə banker Sandro Girgvilianinin öldürülməsində əli olmaqda günahkar bilinib.

Oktyabrın 20-də Tbilisi məhkəməsi həmin hadisə ilə bağlı faktları saxtalaşdırmaqda günahkar hesab edib. Merabishvili həmin vaxt daxili işlər naziri idi. Merabishvili hazırda başqa ittihamlarla bağlı da həbs cəzasını çəkir. Fevralın 17-dəki qərarla o, 5 illik həbsə məhkum olunub.Merabishvili seçiciləri rüşvətlə ələ almaqda günahkar bilinib. 10 gün sonra isə 2011-ci ildə Tbilisidə müxalifət nümayişini dağıtmağa görə 4,5 il həbs cəzası alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG