Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:08

Polis İsfahanda qadınların üzünə kimyəvi turşu atılmasını araşdırır


İran rəsmiləri İsfahanda son günlər qadınların üzünə kimyəvi turşuların atılması hadisələrinin artmasını araşdırırlar.

Polis rəsmisi Hossein Ashtari deyib ki, oktyabrın 19-na İsfahan şəhərində 4 belə hadisə qeydə alınıb.

O bildirib ki, şübhəlilər həbs olunub və istintaq gedir.

Sosial mediada gedən məlumatlara görə, son vaxtlar 13 belə hücum olub. Həmin qadınlar,deyilənə görə, maşın sürənlərdir və iddia olunur ki, düzgün geyinmədiklərinə, üzlərini, başlarını bağlamadıqlarına görə, üzlərinə turşu atılıb.

İsfahanda yerli dini rəhbər Höccətülislam Mohammad taghi bu hücumları qəti şəkildə ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG