Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:13

Məzahir Pənahov aşağı seçki komissiyalarına xəbərdarlıq etdi


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov aşağı seçki komissiyalarına qanun pozuntularına yol verməmək üçün xəbərdarlıq etdi. Oktyabrın 6-da bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilər ərəfəsində cənab Pənahov bu işdə mətbuatdan da yardım istədi: «Məntəqələrdə baş verənləri mütəmadi ictimaiyyətə çatdıracağıq. Əgər kimsə hardasa öz marağını ölkə marağından üstün tutarsa, ona münasibət bildiriləcək».


Oktyabrın 6-da 82 dairə üzrə 603 bələdiyyəyə seçki keçirilməsi üçün səhər saat 8-dən 4000-dən artıq məntəqə faəliyyət göstərəcək. Bu məqsədlə ölkənin müxtəlif bölgələrində 500-dən artıq məktəb dərs günü olmasına baxmayaraq işləməyəcək. MSK sədrinin sözlərinə görə, seçkilərin nəticələri 24 saat ərzində ictimaiyyətə açıqlanacaq.


MSK-nın məlumatına görə, 603 bələdiyyələrdən 141-nə təkrar, 37-nə əlavə, 405-nə yeni, 22-nə isə ilk seçkilər keçirilir. 1931 bələdiyyə üzvlüyü uğrunda 4525 nəfər mübarizə aparacaq. Seçkiləri 8000-dən artıq yerli, 32 beynəlxalq müşahidəçi, o cümlədən, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Müşahidə Missiyası izləyəcək.


XS
SM
MD
LG