Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:58

Rusiya Ombudsmanı AB-ni sərt tənqid edir


Hüquq müdafiəçisi Ella Pamfilova

Hüquq müdafiəçisi Ella Pamfilova

Rusiya insan haqları ombudsmanı Avropa Birliyini Ukraynanın şərqində «insan əziyyətlərni gözardı etdiyi» üçün kəskin tənqidə tutub.

Ella Pamfilova oktyabrın 20-də «Rossiiskaya gazeta»ya müsahibəsində deyib ki, Avropa «insan haqları, demokratiya və söz azadlığının simvolu» olsa da, «Ukraynanın cənub-şərqində durumu gözardı etməyə açıq-aşkar üstünlük verir».

Onun sözlərinə görə, Avropa mediası «sadəcə hər şeyə görə Rusiyanı damğalamaq və ittiham etmək göstərişini yerinə yetirir».

Pamfilova deyib ki, «Rusiyanın tənqid olunası şeylər var», ancaq «hər kəsin bunu etməyə mənəvi haqqı çatmalıdır». O, əlavə edib ki, insan haqlarının «böyük siyasətdə alver predmetinə» çevrilməsindən məyus olub.

Pamfilova Prezident Boris Yeltsin-in zamanında sosial məsələlər naziri, 1994-1999-cu ilərdə Dövlət Dumasının liberal üzvü olub. Bu ilin martından insan haqları müvəkillidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG