Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:10

"Prezidentə yazdım, məhkəməyə verildim"


Arxiv fotosu
Arxiv fotosu

Ağstafanın Dağkəsəmən kənd sakini Oqtay Əmirov yazır ki, bir müddət əvvəl prezident İlham Əliyevə şikayət məktubu göndərib. Şikayətçi olduğu Alik Muradov həmin məktuba görə indi onu məhkəməyə verib. Məhkəmədə iddia qaldırıb ki, Oqtay Əmirov onun onun şərəf və ləyaqətini təhqir etmişəm.

"HƏYƏTYANI SAHƏLƏRİMİZİ ZƏBT ETMİŞDİ"

“Alik Muradov özünü Qarabağ döyüşçüsü kimi təqdim edir. Qanuni mənə məxsus olan, üstündə ev tikib yaşadığımız 10 sot həyətyanı torpaq sahəsini zəbt edib. Məndən başqa, kənddə daha dörd ailənin torpağını zəbt edərək hasara alıb”.

Oqtay Əmirovun sözlərinə görə, mübahisənin hüquq müstəvisində həlli üçün məhkəməyə müraciət edib. Bir il 6 ay davam edən uzun məhkəmə proseslərindən sonra məsələ Gəncə Apellasiya Məhkəməsində həllini tapıb.

"Məhkəmə Alik Muradovun mənim torpağımı zəbt etdiyini təsdiqlədi. İndi çıxarılan qərarın icrasını səbirsizliklə gözləyirik. Onu da qeyd edim ki, ölkə başçısına şikayətimdən sonra məhkəmədə işimizə daha obyektiv baxmağa başladılar. Buna qədər isə bir neçə dəfə Ağstafa rayon Məhkəməsi torpaqlarımızı zəbt edən Alik Muradovun xeyrinə əsassız qərarlar çıxarmışdı. Gəncə Apellasiya Məhkəməsində isə Ağstafa rayon Məhkəməsinin qərarları ləğv edildi”.

Bütün bunlar barədə ölkə başçısına şikayət məktubu ünvanladım. İndi həmin məktuba görə məni məhkəməyə verib ki, guya mən onun şərəf və ləyaqətini alçaltmışam. Hüquqları pozulmuş bir vətəndaş kimi prezidentə mürqciət etmək, kömək istəmək nə vaxtdan kiminsə şərəf və ləyaqətini alçaltmaq olub? Qanuni olmayan sənədlərlə mənim eləcədə digər kənd sakinlərinin torpaqlarını zəbt etməsinin qarşısı almaq şərəf və ləyaqəti alçaltmaqdırmı?"

Şikayətçi daha sonra yazır:

"Alik Muradov heç bir əsas olmadan mənim kafemi iki aydan artıq bağlatdırdı. Nəticədə mənə və dövlətə xeyli miqdarda ziyan vurdu. “Mən hər ay dövlət büdcəsinə qazancımın müəyyən hissəsini vergi olaraq ödəyirəm. Bundan başqa özüm, həyat yoldaşım, onsuz da səhətində problem olan kiçik övladım mənəvi əziyyət çəkdik”.

Alik Muradov isə iddia edir ki, həmkəndlisi onun barəsində şərəf və ləqayətini alçaldan ifarələr yazıb.

Ağstafa rayon Məhkəməsindən bildiriblər ki, Alik Muradovun Oqtay Əmirova qarşı iddiası məhkəməyə daxil olub. Yaxın vaxtlarda iddiaya baxılacaq.

XS
SM
MD
LG