Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:34

Moskvada Savchenko-ya görə aksiya keçiriləcək


Ukraynalı pilot Nadezhda Savchenko

Ukraynalı pilot Nadezhda Savchenko

Rusiyada bir qrup insan haqları fəalı ukraynalı pilot Nadezhda Savchenko-nun məhkəməsinə görə etiraz aksiyası planlaşdırır. Pilot Ukraynanın şərqində ələ keçirilib, Rusiyaya gətirilib, iki rusiyalı jurnalistin ölümündə iştirakda ittiham olunur.

Sosial şəbəkələrdə təşkil olunan etiraz oktyabrın 20-də birnəfərlik piketlər formasında keçiriləcək. Məqsəd Rusiyanın ictimai toplantılara qadağasını pozmamaqdır.

Savchenko Moskvada Serbsky psixiatriya xəstəxanasında saxlanır və müayinələrdən keçir.

Oktyabrın 18-də Savchenko-nun vəkili Nikolai Polozov tvitterdə yazıb ki, pilot xəstəxanada yuxusuzluğa məhkum olunub.

«Bütün gecəni həbsxana işçisi qapıda oturub ona baxır. Biz bunu işgəncə sayırıq», Polozov yazıb.

Oktyabrın 13-də Moskvanın Basmannı Məhkəməsi iş üzrə prosesi noyabrın 11-nə keçirib. Bu dəfə müdafiə tərəfinin vəsatətlərinə baxılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG