Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:25

Bu ilin ilk 10 ayında Azərbaycanda 425 min 650 nəfərə (ölkə əhalisinin 4,4 faizinə) aylıq və birdəfəlik sosial müavinət ödənilib. Onlardan 334 min 650 nəfəri (78,6 faizi) aylıq, 91 min nəfəri (21,4 faizi) isə birdəfəlik sosial müavinətlərlə təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Məlumatda deyilir ki, beşdən çox uşağı olan analara 18 yaşına çatmamış hər bir uşağına görə 30 manat aylıq sosial müavinət ödənilir. Beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqlarının sayı 8299 nəfərdir.

Müharibə veteranlarına ödənilən aylıq sosial müavinətlər aprelin 1-dən 21,6 faiz artırılıb. Bu artım ümumilikdə 53 min 305 nəfər belə şəxsin sosial müdafiəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG