Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:43

Əlihüseyn Şalıyevin hüquqlarının müdafiə komitəsi yaradılacaq


Yaxın günlərdə Əlihüseyn Şalıyevin hüquqlarının müdafiə komitəsi yaradılacaq. Əlihüseyn Şalıyevin qardaşı Zabit Şalıyevin sözlərinə görə, artıq bu istiqamətdə fəaliyyətə başlanılıb. O, deyir ki, qardaşının ölümündən qabaq yazdığı məktubu və əşyalarını geri ala bilmirlər. Müdafiə komitəsinin yaradılmasında əsas məqsəd sözügedən məktubu və əşyaları əldə etməkdir.


Respublika Prokurorluğunun məlumatına görə, Əlihüsen Şalıyev avqustun 24-də saxlandığı Ədliyyə Nazirliyinin müalicə müəssisəsində intihar etdiyi bildirilirdi. Amma, onun ailəsi intihar faktına inanmadıqlarını bildiriblər.


Əlihüseyn Şalıyev İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığın İnkişafı Departamentinin keçmiş rəhbəri olub. O, Cinayət Məcəlləsinin mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələriylə ittiham olunurdu. O, 2005-ci ilin oktyabrında sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin həbsindən sonra məsuliyyətə cəlb edilmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG