Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:33

Leyla Yunus MTN-nin İstintaq Təcridxanasına köçürülüb


Leyla Yunus, hüquq müdafiəçisi

Leyla Yunus, hüquq müdafiəçisi

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Kürdəxanı İstintaq Təcridxanasından Milli Təhlükəsizlik Nazirliyinin 1 saylı İstintaq Təcridxanasına köçürülüb.

SDİ-nin eksperti Azad İsazadə Turan-a bildirib ki, oktyabrın 20-də səhər L.Yunusa bağlama vermək üçün Kürdəxanı İstintaq Təcridxanasına gedib, lakin administrasiya onun MTN təcridxanasına köçürüldüyünü deyib.

L.Yunus Kürdəxanı İstintaq Təcridxanasında 2,5 ay qalıb və müntəzən olaraq özünə qarşı psixoloji və fiziki təzyiqlərdən şikayətlənib.

L.Yunusun həyat yoldaşı Arif Yunus avqustun əvvəlindən MTN təcridxanasında saxlanılır. Onların hər ikisi vətənə xəyanətdə ittiham olunurlar. Beynəlxaq birlik onları siyasi məhbus hesab edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG