Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:19

Albaniya baş nazirinin Serbiyaya səfəri təxirə salınıb


 Edi Rama,Albaniya baş naziri

Edi Rama,Albaniya baş naziri

Albaniya baş naziri Edi Rama-nın Serbiyaya planlaşdırılan tarixi səfəri gələn aya keçirilib. Səbəb ötən həftə iki ölkənin futbol yarışında yaşanan qalmaqaldır. Serbiya baş naziri Aleksandar Vucic-in bəyanatında deyilir ki, liderlər oktyabrın 22-də deyil, noyabrın 10-da görüşəcəklər.

“Baş nazirlər razılaşıblar ki, onlar görüşmək və regional sabitlik uğrunda işləmək imkanını qaçırmamalıdırlar, ölkələr arasında siyasi və iqtisadi münasibətlərdə yeni səhifə açacaqlar”.

Albaniya baş naziri 68 ildə ilk dəfə olaraq Belqrada səfər edəcək.

Oktyabrın 15-də Avro 2016-nın təsnifat oyununda Albaniya milli bayrağını dalğalandıran pultla idarə olunan təyyarə peyda olub. Bu, oyunçular və azarkeşlər arasında toqquşmalara gətirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG