Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:59

Yeni təmirdən çıxan məktəbin damı uçdu


Bazar günü - oktyabrın 19-u axşam saatlarında hava şəraitinin kəskin dəyişməsidən Bakıdakı 225 nömrəli orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə,bazar ertəsi – oktyabrın 20-də təhsil müəssisəsində tədris müvəqqəti dayandırılıb.

Məktəb rəhbərliyi tərəfindən müəllim və şagirdlər bununla bağlı məlumatlandırılıb. Hazırda məktəbdə Təhsil Nazirliyinin nümayəndələri və müvafiq ekspertlər araşdırma aparır. Gün ərzində tədrisin bərpa olunması vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.

Yasamal rayonunda yerləşən bu məktəb 2011-ci ildə əsaslı şəkildə təmir olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG