Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:25

İraqın baş naziri Haidar al-Abadi oktyabrın 20-də İrana səfərində Bağdadın İslam Dövləti (İD) yaraqlılarına qarşı mübarizəsini müzakirə edəcək.

Abadinin administrasiyasının yaydığı məlumata görə, bir günlük səfər “İraqa bu terrorçu qrupla mübarizədə kömək məqsədilə region və dünyanı birləşdirmək” kampaniyasının bir hissəsidir.

Səfərdə məqsəd həmçinin iki qonşu arasında “enerji, tikinti sahələrində” əməkdaşlığı gücləndirməkdir.

İD İraqın sünnilər yaşayan hissəsində xeyli irəliləyib. Tehran Bağdadın şiə hökumətini dəstəkləyir. İraqın kürd rəsmilərinin dediyinə görə, Tehran İraqla sərhədindəki Xanaqin tərəfə, Bağdadın şimal-şərq hissəsinə qoşunları yerləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG