Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:05

ABŞ Mərkəzi Komandanlığı bildirir ki, Amerika hərbi qüvvələri Suriyanın mühasirədə olan Kobani şəhərinə havadan çoxsaylı bağlamalar atıb. Məqsəd şəhəri İslam Dövləti yaraqlılarındna qoruyan kürd döyüşçülərini təchiz etməkdir.

Oktyabrın 19-da döyüşçülərə silah, sursat, tibbi ləvazimat çatdırılıb. Bu, ilk belə yardımdır.

Bir neçə həftədir ABŞ və koalisiya qüvvələri Kobaniyə və ətrafına hava zərbələri endirir. ABŞ bazar günü 11 hava zərbəsi endirildiyini bildirib. Kürd döyüşçüləri İD yaraqlılarının onların Türkiyədən təchizat xətlərini kəsmək cəhdinin qarşısını ala bilib.

Son 2 gündə Kobanidə 70 İD yaraqlısının öldürüldüyü bildirilir. Məlumatı Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə təşkilatı yayıb.

Koalisiya oktyabrın 18-19-da İraqdakı İD mövqelərinə də hava zərbələri endirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG