Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:42

Bu həftə Leyla Yunusun həbsinin uzadılmasına baxılır


Rachel Denber: "Leyla və Arif Yunusların qanunsuz saxlanması parodiyadır"

Rachel Denber: "Leyla və Arif Yunusların qanunsuz saxlanması parodiyadır"

Bu həftə hüquq müdafiəçisi Leyla Yunus barəsində həbs qətimkan tədbirinin uzadılması məsələsinə baxılacaq. Leyla Yunus iyulun 30-da, həyat yoldaşı Arif Yunus isə avqustun 5-də, hər ikisi siyasi motivlərlə saxlanıb.

“Azərbaycan hakimiyyəti Yunusları azadlığa buraxmalı, onlara qarşı ittihamları ləğv etməlidir,”

bu fikirləri Human Rights Watch hüquq-müdafiə təşkilatı oktyabrın 18-də yaydığı bəyanatda bildirib.

“Hökumət Leyla Yunusun təcridxanada təzyiqlərə məruz qalmasına dair iddiaları da araşdırmalı və buna görə məsuliyyət daşıyanları cəzalandırmalıdır”, bəyanatda qeyd olunur.

“Leyla və Arif Yunusların qanunsuz saxlanması parodiyadır və açıq-aşkar Azərbaycan hökumətinin onları saxta ittihamlarla susdurmaq cəhdidir. Hökumət onları dərhal azad etməli, ittihamları ləğv etməlidir,” qurumun Avropa və Orta Asiya üzrə direktoru Rachel Denber fikrini bildirib.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Azərbaycanda siyasi məhbuslar, evlərin qanunsuz sökülməsi, qadınlara qarşı zorakılıq, korrupsiya ilə mübarizə məsələləri ilə məşğul olub. O, Ermənistanla xalq demokratiyası layihəsinin fəal iştirakçısı olub. Leyla Yunus və ərinə qarşı casusluq və digər ittihamlar irəli sürülüb.

Leyla Yunus Avropa Parlamentinin Sakharov mükafatına 3 namizəddən biridir. Mükafatın qalibinin sabah – oktyabrın 21-də açıqlanacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG